Rusiyada qəzada - 6 Azərbaycan vətəndaşı öldü+ Video+ Yenilənib

Rusiyada qəzada - 6 Azərbaycan vətəndaşı öldü+ Video+ Yenilənib Rusiyanın Stavropol diyarının Koçubeevski rayonunda “Mercedes Vito” markalı miniven “ZİL” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 Azərbaycan vətəndaşı ölüb, 5 nəfər isə xəsarət alıb.
4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, hadisə səhər saat 5 radələrində baş verib. Minivenin içərisində 8 Azərbaycan vətəndaşı olub. Sərnişinlər Azərbaycandan Moskvaya gedirmiş.
Qəzanın səbəbləri araşdırılır.
***
Rusiya DİN-in Stavrapol vilayəti üzrə Yol Hərəkətinin Təhlükəsizliyi Baş İdarəsinin rəisi, polkovnik Aleksey Safonov “İnterfaks”a bildirib ki, qəza Krasnodarsk diyarından hərəkətə keçən “ZİL”in sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən olub.
***
Təcili Yardım Xidmətinin əməkdaşı “TASS” agentliyinə bildirib ki, hazırda Nevinnomsk xəstəxanasına 4 nəfər yerləşdirilib. Onlardan biri Krasnodarsk sakini, daha iki nəfər isə Azərbaycan vətəndaşıdır.
Dördüncü yaralı isə ağır vəziyyətdədir, onun kimliyi müəyyənləşdirilir.



Tehsil-press.az

Oxşar xəbərlər