Doktorant və dissertantlarımızın nəzərinə

Doktorant və dissertantlarımızın nəzərinə Azərbaycan Universitetinin Elm şöbəsi tərəfindən “Tədqiqat, elmi nəticə, elmi məqalə” mövzusunda təlim təşkil olunacaq.
Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın aparacağı təlimin məqsədi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və uğurlu dissertasiya işlərinin hazırlanmasına kömək göstərilməsidir.
Təlim noyabrın 21-də Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzində saat 10:00-da təşkil olunacaq.
Azərbaycan dilində keçiriləcək təlimdə iştirak etmək istəyən doktorant və dissertantlar (+99412) 431 41 12 (126 və 136) nömrəli telefonla əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün son müraciət tarixi noyabrın 15-dir.

Tehsil-press.az

Oxşar xəbərlər