![Ötən il İran polisi 1200 ton narkotik vasitə müsadirə edib](https://azertag.az/files/galleryphoto/2021/1/1000x669/16152010123670320432_1000x669.jpg)
Bu barədə İranın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin rəisi general İsgəndər Mömin məlumat verib. O bildirib ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə kəskin mübarizəyə baxmayaraq, qanunsuz yollarla İrana narkotik vasitə keçirilməsi cəhdlərinə rast gəlinir. Əvvəlki illərlə müqayisədə narkotik vasitələrin qaçaqmalçılığında 41 faiz artım müşahidə edilib. 2020-i ildə qaçaqmalçılarla mübarizədə hüquq-mühafizə orqanlarının 9 əməkdaşı həlak olub.
İ.Möminin sözlərinə görə, son 10 ildə dünyada narkotik vasitələrin istehsalı və istehlakı 2 dəfə artıb. Bunun qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq zəruridir.
Tehsil-press.az