Azərbaycan MDB-də ən çox bu ölkəyə məhsul göndərib

Azərbaycan MDB-də ən çox bu ölkəyə məhsul göndərib Cari ilin yanvar-may aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin vəziyyəti haqqında arayışında deyilir.
Məlumata görə, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur.
Rusiyaya ixrac olunan məhsulların dəyəri 291,3 milyon ABŞ dolları, Ukraynaya 195,9 milyon dollar, Belarusa isə 125,1 milyon dollar olub.

Tehsil-press.az


Oxşar xəbərlər