
Qəzetin verdiyi məlumata görə, 2015-2016-cı illərdə Pakistandan Azərbaycana ixracat 60 milyon dollar, Pakistana idxalın həcmi isə 0,03 milyon dollar təşkil edib. Pakistandan Azərbaycana ixrac olunan əsas məhsul isə düyüdür. Azərbaycana ixracatın artırılması ilə bağlı plan Pakistanın Ticarət və Müdafiə İstehsalı nazirlikləri tərəfindən ötən ay bu ölkənin Baş nazirinin Azərbaycana səfərindən sonra hazırlanıb.
Tehsil-press.az