Məşhur türk aktyor xərçəngdən dünyasını dəyişdi

Məşhur türk aktyor xərçəngdən dünyasını dəyişdi Türkiyəli məşhur aktyor Metin Çekmez 76 yaşında dünyasını dəyişib.
Bu barədə məlumatı “Hürriyet” yayıb. Qeyd olunub ki, M. Çekmez bu gün səhər saatlarında Aydında müalicə aldığı bir xəstəxanada vəfat edib.
Bildirilib ki, teatr, film və seriallarda rol alan məşhur aktyor bir müddətdir xərçəng xəstəliyindən müalicə alıb.
Qeyd edək ki, teatr karyerasına 1962-ci ildə başlayan Metin Çekmez “Min bir gecə”, “Adını Feriha qoydum” və s. çox sayda film və seriallarda çəkilib.

Tehsil-press.az


Oxşar xəbərlər