Türkiyənin tanınmış aktrisası Jalə Aylanç 72 yaşında dünyasını dəyişib. Sənətçinin ölümü barədə məlumat sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, 1948-ci ildə İstanbulda anadan olan Jalə Aylanç “Suskunlar”, “Bizim evin halleri”, “Vatanım sensin”, “Beni unutma” kimi məşhur seriallarda çəkilib.