
Bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində status paylaşıb.
“İnanırıq ki, boş qalan 1,8 faiz yer ikinci mərhələdə öz layiqli sahiblərini tapacaq. Tələbə adını qazanan hər bir gənci təbrik edir, UNEC-i seçən hər bir tələbəyə təşəkkür edirəm. UNEC-i seçənlərin bütün gözləntilərini doğrultmaq üçün həmişə olduğu kimi, bütün səylərimizi səfərbər edəcəyik. Tələbə adını qazanmış gənclərin valideynlərini təbrik edirik! Gözünüz aydın olsun! UNEC ailəsinə xoş gəlmisiniz, əziz birinci kurs tələbələri! Yolunuz açıq olsun...”, - deyə rektor qeyd edib.
Tehsil-press.az