UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin yeni tələbə-rektoru Cavidan Adilzadə ilə görüşüb.
Professor Ədalət Muradov yeni tələbə-rektoru təbrik edərək, ona tövsiyələrini verib. Rektor UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları ilə daha sıx şəkildə fəaliyyət göstərməyin, birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib, tələbə-rektoru tələbələrlə bağlı bütün məsələlərdə fəal olmağa, onların problemləri ilə yaxından maraqlanmağa çağırıb.
Görüşdə “Tələbə senatı” və “Tələbə auditi”nın yaradılmasının vacibliyi vurğulanıb, həmin təşkilatların tələbə özünüidarəetməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Rektor fəaliyyət müddəti bitmiş tələbə-rektor Elmir Sadıqovun fəaliyyətini yüksək qiymətləndirərək, onunla çalışmaqdan məmnunluğunu ifadə edib.
Sonda rektor Ədalət Muradov yeni tələbə-rektora uğurlar arzulayıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər