UNEC ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Türkiyənin Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovla görüşüb.
Görüşdə Ədalət Muradov UNEC-in tədris prosesi, akademik heyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. O, UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.
Rektor Çağrı Erhan isə Altınbaş Universiteti barədə məlumat verib. Sonra hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Müzakirələrdən sonra UNEC ilə Altınbaş Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.
Memoranduma əsasən, hər iki universitet arasında birgə konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması, tələbə və akademik heyətin mübadiləsi və s. nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər