Türkiyə və Azərbaycan Naxçıvanda birgə təlimlərə başlayır - Rəsmi

Türkiyə və Azərbaycan Naxçıvanda birgə təlimlərə başlayır - Rəsmi “Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətlərinə, eləcə də, modernizasiya və təlim fəaliyyətlərinə dəstək verməyə davam edir”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin brifinqində bildirilib.
“Türkiyə və Azərbaycan arasında birgə əməkdaşlığın təmin edilməsi, təlim planlaşdırılması, idarəsi və icra əsaslarının uyğunlaşdırılması üçün “Qardaş Briqada” layihəsinə başlanılıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələri personalı ilə birlikdə Türkiyə Silahlı Qüvvələri bazasında birgə təlim və tədris fəaliyyətləri davam edir.
“Sarsılmaz Qardaşlıq-2021” təlimləri 5-8 oktyabr tarixlərində Türkiyə və Azərbaycan qüvvələrinin iştirakı ilə Naxçıvanda keçiriləcək.
Təlimin məqsədi Türkiyə və Azərbaycan quru qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir.
“İki dövlət, bir millət” anlayışı ilə kədərdə də, qürurda da bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində bugünədək olduğu kimi, bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”, - məlumatda deyilir.

Tehsil-press.az


Oxşar xəbərlər