Ərdoğan: "Afrini tamamilə nəzarətə aldıq"

Ərdoğan: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin bu gün tamamilə Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu"nun bölmələri tərəfindən nəzarətə alındığını bildirib.
Dövlət başçısı bu barədə Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı bəyan edib.
O qeyd edib: “Hazırda orada Türkiyə bayrağı və "Azad Suriya Ordusu"nun bayrağı dalğalanır”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Tehsil-press.az

Oxşar xəbərlər