Dövlət İdarəçilik Akademiyasında “Tarixi qələbəmiz ədalətin təntənəsidir” mövzusunda onlayn təlim keçirilib

Dövlət İdarəçilik Akademiyasında “Tarixi qələbəmiz ədalətin təntənəsidir” mövzusunda onlayn təlim keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Tarixi qələbəmiz ədalətin təntənəsidir” mövzusunda onlayn təlim keçirilib.
Təlimin əsas məqsədi regionda baş verən siyasi proseslərin təhlili, müharibədən sonrakı dövrdə münasibətlər, regionun yeni siyasi vəziyyəti haqqında məlumat vermək və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan ibarət olub.
Əməkdaşlıq fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında imzalanmış memorandumu əhatə edir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçularından ibarət əməkdaşları üçün DİA-da növbəti təlim təşkil edilib. Tədbirdə Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova məruzə ilə çıxış edib. Təlimin əsas məqsədi 44 günlük Vətən müharibəsinin tarixi, hüquqi, siyasi tərəflərini dinləyicilərlə müzakirə etmək olub. Qarabağ savaşının tarixinə toxunan məruzəçi dosent F.Əhmədova Cümhuriyyət dövründə, 1990-cı və 2020-ci illərdə Azərbaycan xalqının öz torpaqlarını qorumasından, mənfur düşmənlə mübarizəsindən söhbət açıb. F.Əhmədova qeyd edib ki, 30 il ərzində Azərbaycan dövləti problemi diplomatik yolla həll etməyə çalışıb. Ancaq Ermənistan hakimiyyətinin son dövrlərdə səsləndirdiyi şüarlar müharibəyə əsas verirdi. Natiq 30 il ərzində iqtisadiyyatımızın, ordumuzun güclənməsi, müasir silahlarla silahlanması, hərbi əməkdaşlıq və s. məsələlərə də toxunub.
Sonra F.Əhmədova 44 günlük Vətən müharibəsi zamanı Zəfəri şərtləndirən əsas amillərdən - Ali Baş Komandan, ordu və xalqın birliyindən, Qarabağ torpaqlarında hazırda uğurla aparılan quruculuq işlərindən bəhs edib, dinləyicilərin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər