
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov "Davamlı inkişaf naminə innovativ idarəçilik texnologiyaları: Azərbaycan təcrübəsi " mövzusunda məruzə ilə çıxış edib.
Rektor ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən U.Ələkbərov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.
Akademik ölkəmizdə qazanılan nailiyyətləri diqqətə çatdırıb.
Sonra "Azərbaycan-Türkiyə münasibətləri" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
DİA-nın Mətbuat xidməti