DİN-dən aksiya çağırışları ilə bağlı - Açıqlama

DİN-dən aksiya çağırışları ilə bağlı - Açıqlama Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar:
“Dekabrın 1-də olduğu kimi, bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək.
Bu zaman yarana biləcək hər hansı instidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər