“Buse serialda kiminləsə öpüşsəydi, həyat yoldaşım olmazdı” - Alişan

“Buse serialda kiminləsə öpüşsəydi, həyat yoldaşım olmazdı” - Alişan Türkiyənin məşhur müğənnisi Alişan yeni açıqlaması ilə müzakirələrə səbəb olub.
"Söylemezsem olmaz" verilişinə telefonla qoşulan müğənni şəxsi həyatından və aktrisa xanımı Buse Varol barədə danışıb.
Alişanın verilişdə "Hərənin öz kriteriyası var. Buse serialda kiminləsə öpüşsəydi, həyat yoldaşım olmazdı" açıqlaması sosial şəbəkədə tənqid edilib.
Müğənni tənqidlərə sosial şəbəkə vasitəsilə cavab verib. Bildirib ki, bu, onun həyat fəlsəfəsidir: “Mənim kriteriyalarım, mənim həyata baxışım, mənim həyatım... İşinizə gələndə demokratiya var, gələməyəndə yox. Hər kəs mənim kimi düşünmək məcburiyyətində deyil, mən də hamı kimi düşünüb yaşamalı deyiləm”.
Verilişdə boşanma iddiaları barədə də danışan müğənni bildirib ki, bu xəbərlər reytinq üçün yazılır: "Xoşbəxtlik xəbərləri o qədər də reytinq almır! Ona görə də "Ayrılırlar, boşanırlar" xəbərləri verirlər. İnanın mənə dünən səhər 20 boşanma xəbəri verdilər. Buse hətta 3-cü uşağı istəyir”.
Qeyd edək ki, Alişan və Buse Varol 2018-ci ildə ailə qurub. Onların 2 övladı var.

Tehsil-press.az


Oxşar xəbərlər