Məşhur müğənni boşanır

Məşhur müğənni boşanır Cütlüyün barmağında üzüyün olmaması yayılan söz-söhbəti daha da gücləndirib.

Türkiyənin məşhur müğənnisi Rafet El Romanın həyat yoldaşı Ceren Kaplakarslandan boşandığı iddia olunur. Tehsil-press.az-ın məlumatına görə, məşhur aktrisa Oya Aydoğanın dəfn mərasiminə ayrı-ayrı qatılan cütlüyün barmağında üzüyün olmaması yayılan söz-söhbəti daha da gücləndirib.
İfaçının həyat yoldaşı dəfn mərasiminə atası ilə gəlib. Ceren Kaplakarslan mərasimdə fotoqrafları görərək əllərini gizlətməyə çalışıb. Lakin jurnalistlərdən biri aktrisanın barmağında üzük olmadığını görüb. Bir müddət əvvəl Rafet El Roman açıqlaması ilə hamını təəccübləndirib. O, “bütün evliliklər darıxdırıcıdır, xöşbəxt deyiləm” deyib. İfaçının bu sözlərindən sonra ikilinin arasında münasibətlərin soyuması xəbərləri və hətta ayrı evdə yaşadıqları deyilib.

Məşhur müğənni boşanır
Ceren Kaplakarslan dəfn mərasimində
Cütlük 2 il əvvəl ailə qurub.Onların 1 oğlu və 2 qızı var. Rafet El Roman həyat yoldaşından 20 yaş böyükdür. İfaçı 3 dəfə evil olub. 1996-cı ildə model Tuğba Altıntop ilə evlənib. Müğənni 7 ildən sonra xanımından ayrılıb. Həmin evlilikdən 2 qızı var. Daha sonra ifaçı Yeşim Eryıldırım ilə eşq yaşayıb. Bu münasibətdən cütlüyün 1 oğlu olub.



Tehsil-press.az

Oxşar xəbərlər