Şərqşünas alimin 20 Yanvar faciəsi ilə bağlı məqalələri Türkiyədə yayımlanıb

Şərqşünas alimin 20 Yanvar faciəsi ilə bağlı məqalələri Türkiyədə yayımlanıb AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının son günlərdə Türkiyənin bir neçə saytında 20 Yanvar faciəsi ilə bağlı məqalələri yayımlanıb.
Şərqşünas alimin məqalələri Türkiyədə yayımlanan kafkassam.com, tarihistan.org və kiriminsesigazetesi.com saytlarında yerləşdirilib.
Məqalələrdə 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilir, hadisələrin səbəbləri, baş verdiyi şərait və nəticələri açıqlanır. Müəllif Bakıda baş vermiş faciə ilə yanaşı, bölgələrdə, o cümlədən Neftçalada və Lənkəranda sovet ordusu tərəfindən törədilən cinayətlərdən də yazır.

Tehsil-press.az


Oxşar xəbərlər