Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı Kiyevdə Ostrohski Akademiyasının Milli Universitetində “Şərqi və Mərkəzi Avropada islamın öyrənilməsi və təlimi: tarixi xüsusiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.G.Qafqazlı konfransda “Azərbaycanda dini təhsil” mövzusunda məruzə ilə çıxış edib. Şərqşünas alimin məruzəsi maraqla qarşılanıb və G.Qafqazlı konfrans iştirakçılarının suallarını cavablandırıb.
Tehsil-press.az














