Təhsil Nazirliyi xüsusi təhsil müəssisələrinə defektoloq və tərbiyəçi vəzifəsi üzrə işə qəbul elan edib

Təhsil Nazirliyi xüsusi təhsil müəssisələrinə defektoloq və tərbiyəçi vəzifəsi üzrə işə qəbul elan edib Xüsusi təhsil müəssisələrinə defektoloq və tərbiyəçi vəzifələri üzrə işə qəbul üçün vakansiya seçimi elan olunub. Təhsil Vakansiya seçimi fevralın 18-i saat 18:00-dək davam edəcək.
Seçim zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər 1 vakant yer seçimi edə bilərlər. Növbəti mərhələdə seçilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq və müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.
Təhsil müəssisələri üzrə mövcud vakansiyalar Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər