Təhsil Nazirliyi: Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə vakansiya elan olunub

Təhsil Nazirliyi: Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə vakansiya elan olunub Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir.
Vakansiya seçimi oktyabrın 21-i saat 18:00-dək davam edəcək. Seçim zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər. Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.
Təhsil müəssisələri üzrə mövcud vakansiyalar barədə məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər