Təhsil Nazirliyi: Əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb

Təhsil Nazirliyi: Əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb.
5 min 190 namizəd elektron ərizəsini təsdiqləyərək bu mərhələdə iştirak edib.
Ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər