Rusiya Avropa Şurasından çıxarıla bilər

Rusiya Avropa Şurasından çıxarıla bilər Rusiya Avropa Şurasından çıxarıla bilər.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi rəy layihəsi hazırlayıb.
Sənəd çərşənbə axşamı Assambleyanın səsverməsinə çıxarılacaq.
“Assambleya hesab edir ki, Avropa Şurası Nazirlər Komitəsi Rusiyadan Avropa Şurasından çıxmağı xahiş etməlidir. Rusiya bu tələbi yerinə yetirməsə, Assambleya Nazirlər Komitəsinə mümkün qədər tez zamanda qərar verməyi təklif edir”, - sənəddə deyilir.
Rəy layihəsinin müəllifləri Rusiyanın təşkilata üzv dövlət statusu ilə bir araya sığmayan hərəkətlər etdiyini bildirib. Komitə həmçinin AŞPA Bürosuna bütün fəaliyyət sahələrində Belarus hakimiyyəti ilə əlaqələri dayandırmağı da tövsiyə edib.

Tehsil-press.az


Oxşar xəbərlər