AŞPA-ya yeni sədr seçildi

AŞPA-ya yeni sədr seçildi Avropa Şurası Parlament Assambleyasına yeni sədr seçilib.
Yeni sədr isveçrəli parlamentari Lilian Mori Paskyedir. O, qurumun sədri postuna yeganə namizəd idi.
Qeyd edək ki, Assambleyanın eks sədri Mikel Nikoletti bu ilin martında İtaliyada keçirilən seçkilərdə məğlubiyyətindən sonra istefaya gedib. Onun siyasi qrupu həmin posta Paskyeni seçib.
Xatırladaq ki, AŞPA ötən il ispaniyalı Pedro Aqramuntu Suriyaya səfəri ilə əlaqədar istefaya göndərmişdi.

Tehsil-pesss.az

Oxşar xəbərlər