Xəstəyə inəyin ürək klapanları köçürüldü - Elmdə ilk

Xəstəyə inəyin ürək klapanları köçürüldü - Elmdə ilk İngiltərədə bir xəstəyə inək ürəyindən qoşa klapan köçürülüb.
Bir ilk sayılan bu transplantasiya xəstə oyaq ikən həyata keçirilib.
İngiltərədə keçmiş tibb işçisi Con Smolvuda ötən il müayinə zamanı ürək çatışmazlığı diaqnozu qoyulmuşdu.
"Ürək çatışmazlığı" ümumi anesteziyaya icazə vermək üçün çox ağır proses olduğu üçün həkimlər onu oyaq ikən əməliyyat etmək qərarına gəliblər.
Lokal anesteziya ilə əməliyyat olunan kişinin ürəyinə inəkdən qoşa klapan köçürülüb. 2 saat davam edən və uğurla keçən əməliyyatın tibb tarixində bir ilk olduğu bildirilib.
Sağlamlığına qovuşan 74 yaşlı kişi özünü çox yaxşı hiss etdiyini deyib:
"Sanki yenidən doğulmuşam. Əvvəllər edə bilmədiyim hər şeyi edə bilirəm" .
İndiyə qədər tək klapan transplantasiyası həyata keçirilirdi. Oxşar əməliyyatlarda inək ürəyindən götürülən klapanlar insan ürəyinə ən oxşar yaxın olduğu üçün köçürülür.
Qeyd edək ki, daha əvvəl donuzdan insana ürək transplantasiyası həyata keçirilib.
ABŞ-ın Merilend ştatında ilk dəfə donuzdan insana ürək transplantasiyası əməliyyatı edilən xəstə 2 ay sonra dünyasını dəyişib.

Tehsil-press.az


Oxşar xəbərlər