Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon “Z.Xəlilov küç. 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin və dövlətçilik strategiyasının davamlılığını göstəricisi olduğunu deyib.
Qeyd edib ki, Ulu Öndər ölkədə siyasi sabitliyi bərpa edərək inkişafın təməlini yaradıb, milli kimlik və müasirlik arasında harmoniyanı təmin edən ideoloji xətt formalaşdırıb. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanı beynəlxalq arenada etibarlı tərəfdaşa çevirib. Bu ideoloji-siyasi irs hazırda da ölkənin inkişafını istiqamətləndirən əsas dayaqlardandır. Prezident İlham Əliyev məhz bu böyük məktəbin davamçısı kimi Heydər Əliyev siyasətini yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirməklə tarixi Zəfərin qalib Ali Baş Komandanına çevrilib. İndi XXI əsr Azərbaycanının yeni reallığı qalibiyyət, beynəlxalq nüfuzun yüksəlişi və liderlikdir.
Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji sütunlarını müəyyənləşdirərək ölkənin gələcək inkişaf yolunu xüsusi dəqiqliklə müəyyən edib. O, ağır tarixi şəraitdə xalqı parçalanmaq təhlükəsindən xilas edən xilaskar lider kimi yaddaşlara həkk olunub. Ulu Öndər milli həmrəyliyi gücləndirmək üçün ardıcıl və prinsipial atmaqla əsas ideoloji xətti olan azərbaycançılığı bütün dünyaya tanıdıb. Ümummilli Lider Heydər Əliyevin siyasi düşüncə sistemi sabitlik, strateji planlaşdırma və məsuliyyət üzərində qurulub. Bu xətt dövlət idarəçiliyində etibarlı yol xəritəsinə çevrilərək ölkəmizi inamla sabaha aparır.
Şərqşünaslıq fakültəsinin Türk filalogiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov milli ideyanın real siyasi məzmun qazanmasına nail olan Ulu Öndərin çətinlikləri strateji müdrikliklə aradan qaldırdığını bildirib. Ulu Öndərin müstəqilliyin qorunmasını Azərbaycan üçün ali siyasi dəyər kimi qəbul etdirərək, milli maraqları təmin edən güclü idarəçilik sistemi yaratdığını qeyd edib.
Tədbir Ulu Öndərin əsasını qoyduğu azərbayçancılıq ideologiyasının bugünkü inkişaf perspektivlərinə dair müzakirə ilə davam edib.
Tehsil-press.az







