"Bu xoşbəxtliyi mən niyə yaşaya bilmirəm?"

Tez-tez xaricə səyahət edən aparıcı Azər Qərib təyyarədə yata bilməməsindən şikayətlənib.

Bu barədə o, sosial şəbəkədə yazıb:

"Dostlar, bəlkə siz kömək edə bilərsiniz. Özümdən asılı deyil, təyyarədə xor-xa-xor rahatca yatan adam görəndə başlayıram boğulmağa. Yəni həsəd hissi məni boğur, qan sızır beynimə ki, bu xoşbəxtliyi mən niyə yaşaya bilmirəm? Balışdan bərk yapışıram ki, əlimdən xəta çıxmasın, yazıqdırlar".

Tehsil-press.az

Oxşar xəbərlər