Mirzoyanla bağlı ŞOK İDDİA - HƏRƏKƏTƏ KEÇDİ

Mirzoyanla bağlı ŞOK İDDİA - HƏRƏKƏTƏ KEÇDİ Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan muzeydə nadir kitabların itməsində onun adını hallandıran tarixçi Ayka Demoyanı məhkəməyə verib.

Məlumata görə, məhkəmə iddiası “Datalex” portalında Demoyanın “Armlur TV”yə verdiyi müsahibədən sonra qeydə alınıb.

Həmin müsahibədə tarixçi 2004-cü ildə muzeydə aparılan təmir zamanı yoxa çıxan 19 nadir kitabın işi ilə bağlı konkret adlar səsləndirmişdi.

Demoyanın sözlərinə görə, 2007-ci ildə aparılan araşdırmada bu iş üzrə figurantlar arasında həmin dövrdə muzeyin aspirantları olmuş Ararat Mirzoyan və hazırda “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vladimir Vardanyan da olub. O iddia edirdi ki, Mirzoyan məsuliyyəti muzey əməkdaşının üzərinə atmağa çalışıb.

Nazir məhkəmədən ictimai təkzib, 3 milyon dram (təxminən 7,8 min dollar) məbləğində təzminat, 200 min dram dövlət rüsumunun ödənilməsini tələb edir.

Tehsil-press.az

Oxşar xəbərlər