Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə bağlı tədbir təşkil edilib

Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə bağlı tədbir təşkil edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib.
AMEA-nın prezidenti vəzifəsini icra edən, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov Ulu Öndərdən, onun AMEA-ya, eyni zamanda, Fizika İnstitutuna göstərdiyi diqqət və qayğıdan bəhs edib. Heydər Əliyevin Fizika İnstitutuna gəlişi haqqında tarixi məlumatı diqqətə çatdırıb. Ümummilli Lider, görkəmli dövlət xadimi, tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün uğurla davam etdirilir.
Arif Həşimov məlumat verib ki, Fizika İnstitutunda Heydər Əliyevin yeni xatirə guşəsi də açılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər