
Anım tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun çıxışı ilə davam etdirilib. Bildirib ki, Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışı ölkədə dövlətçilik prinsipini yaratdı. O, Azərbaycan elminin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən bəhs edib.
İnstitutun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva Ulu Öndərin Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, dövlətiçilik şüurumuzunda çox böyük məna yükü daşıdığnı bildirib. O, Heydər Əliyevin vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edib. S.Mehdiyeva vurğulayıb ki, Ulu öndər Azərbaycan gerçəkliyini, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən dövlətçilik ideologiyasını yaratmışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasnın, bütövlükdə Azərbaycan elminin tərrəqqi dövrünün Ulu öndərin respublikaya rəhbərliyi ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, həmin illərdə elm, iqtisadiyyat və mədəniyyət inkişafın yüksək mərhələsinə qədəm qoydu.
Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

