BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda Silahlı Qüvvələr Gününə həsr olunan onlayn tədbir

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda Silahlı Qüvvələr Gününə həsr olunan onlayn tədbir Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan onlayn tədbir keçirilib.
Tədbirdə institutun direktoru Sədiyar Rəhimov və direktor müavini Namiq Dərvişov çıxış edərək, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna daim böyük diqqət göstərdiyindən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, torpaqlarımızın düşmən tapdağından azad edildiyindən danışıblar.
Sonra aparıcı elmi işçilər Gülşən Ağayeva, İzzət Əfəndiyeva, Gülnarə Haqverdiyeva, Ləman Abdullayeva əlamətdar gün münasibətilə xoş arzularını ifadə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər