
Bu barədə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyindən məlumat verilib.
Tədbir şagirdlərin vətənpərvər şüarlardan ibarət xor çıxışı ilə başlayıb. “Qarabağda uşaqlıq” adlı tamaşanın nümayişindən sonra şagirdlər şeirlər səsləndirib və fortepianonun müşayiəti ilə mahnı oxuyublar. Daha sonra “Tarix dərsi” tamaşası, 44 günlük Vətən müharibəsi qurbanları ilə bağlı videoçarxlar, kliplər nümayiş olunub.
Mərasim Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlunun çıxışı ilə yekunlaşıb.
Tehsil-press.az