BDU-nun Tarix fakültəsinin şəhid məzunlarına həsr olunmuş tədbir

BDU-nun Tarix fakültəsinin şəhid məzunlarına həsr olunmuş tədbir Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə Azərbaycan tarixi (təbiət elmləri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev çıxış edərək qəsbkar ermənilərin zaman-zaman torpaqlarımızda qanlı hadisələr törətdiklərini diqqətə çatdırıb.
M.Abdullayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin əhəmiyyətindən danışıb.
Vətən müharibəsi iştirakçısı İsrayıl Əzimov döyüş yolundan, zabit və əsgərlərimizin Vətən sevgisindən, igidliyindən, mərdliyindən bəhs edib.
Fakültənin I kurs tələbəsi Fatimə Minayıllı qeyd edib ki, Tarix fakültəsinin üç məzunu Vətən müharibəsində şəhid olub. Onların hər birinin şücaəti gənclərə örnəkdir.
Tədbirdə tələbələr tərəfindən şəhid məzunlar Elşən Salayev, Yüksəl Əlizadə və Quliyevin döyüş yolu ilə bağlı təqdimat olunub.
Sonra şəhidlərin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər