Cadugərdən inanılmaz: Putindən sonra Kadırov gələcək

Cadugərdən inanılmaz: Putindən sonra Kadırov gələcək Ukraynalı ekstrasens və taroloq Maks Qordeyev inanılmaz öngörü ilə çıxış edib.
Məşhur cadugər Rusiya Prezidenti Vladimir Putinin öləcəyi "dəqiq tarixi" bildiyini deyib.
“Qutuda 22 kart – 22 müəmma... Kartları bir-bir çıxaracağam və biz onun (Putin – red.) neçə aydan sonra mümkün ölümünün baş verəcəyini görəcəyik... Kart ilə 9 aydır... Amma siz anlamalısınız ki, bu ölüm ehtimal olunandır. Görürəm ki, tale onunla nə edəcəyi haqda qərar verir”, - deyə o bildirib.
Qordeyev Putinin ölümü məsələsinə köklənməməyi məsləhət bilib, çünki ondan sonra kimin gələcəyi bəlli deyil:
“Ola bilər ki, o ölər, əvəzinə daha pisi gələr. Buna görə də mən ulduzlara, taleyə və kainata inanmağı məsləhət görürəm. Onlar nə etdiklərini bilirlər. Əlbəttə, Putin öləndə hamı sevinəcək. Ancaq o, o vaxt ölməlidir ki, yerinə daha böyük tiran gəlməsin. Qorxuram ki, bu, “don” (Ramzan Kadırov nəzərdə tutulur – red.) olar, çünki belə əlamətlər var”.

Tehsil-press.az


Oxşar xəbərlər