Putin adının “Kreml məruzəsi”nə salınmamasına görə inciyib: “İt hürər, karvan keçər...”

Putin adının “Kreml məruzəsi”nə salınmamasına görə inciyib: “İt hürər, karvan keçər...” Rusiya prezidenti Vladimir Putin ABŞ Dövlət Departamentinin ötən gün Konqresə təqdim etdiyi “Kreml məruzəsi”inə görə “inciyib”. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putinin “inciməsinə” səbəb onun adının siyahıda yer almamasıdır. “Xətrimə dəyiblər”-Putin ironiya ilə bildirib.
Daha sonra Rusiya prezidenti məsələyə ciddi tonda reaksiya verərək deyib: “İt hürər, karvan keçər. Özümüz haqda daha çox düşünməliyik. İqtisadiyyatla, kənd təsərrüfatı ilə, ixracın dəstəklənməsi, təhsillə daha çox məşğul olmalıyıq. Və onda dərk edəcəyik ki, hansısa sanksiya siyahısı hazırlamağa, təhdidlərə ehtiyac yoxdur. Biz “it hürər, karvan keçər” məşhur deyimi əsasında hərəkət etməliyik”.

Təhsil-press.az

Oxşar xəbərlər