Zelenskidən Duqinanın qətli ilə bağlı ittihama - Cavab

Zelenskidən Duqinanın qətli ilə bağlı ittihama - Cavab Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada bombalı hücumda Darya Duqinanın ölümündə Ukraynanın məsuliyyət daşıması ilə bağlı ittihamı rədd edib.
Zelenski bu haqda Ukraynanın paytaxtı Kiyevdə keçirilən Krım Platformasının 2-ci Zirvə Toplantısında danışıb.
“Bu, qətiyyən bizim məsuliyyətimiz deyil. Duqinanı öldürdüyü iddia edilən Natalya Vovk bizim dövlətin vətəndaşı deyil”, - Zelenski qeyd edib.
Xatırladaq ki, Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqinin qızı Darya Duqina avqustun 20-də Moskvanın Odintsovo şəhəri yaxınlığında olduğu avtomobilin partlaması nəticəsində dünyasını dəyişib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) Duqinanın bombalı hücumla ölümünün arxasında Ukrayna xüsusi xidmət orqanlarının olduğunun müəyyən edildiyini açıqlayıb.
Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna televiziyasına verdiyi açıqlamada Rusiyanın iddialarını təkzib edib və ölkəsinin Duqinanın qətli ilə heç bir əlaqəsi olmadığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər