
Volodimir Zelenski telefon danışığında vurğulayıb ki, bu gün regionda yaranan təhlükə fonunda Ukraynaya effektiv təhlükəsizlik təminatları vermək vacibdir.
“Biz onları müxtəlif formatlarda müzakirə etməyə hazırıq”, - deyə V.Zelenski bildirib ki, Ukraynanın təhlükəsizliyi olmadan Avropada təhlükəsizlik də ola bilməz.
Eyni zamanda, Ukrayna Prezidenti ABŞ-a Ukrayna Silahlı Qüvvələrinin imkanlarının gücləndirilməsinə töhfə verən müdafiə sahəsində əməkdaşlığa görə təşəkkür edib.
"Hələlik biz NATO-nun üzvü deyilik. Ona görə də dövlətimizin təhlükəsizliyinin açarı yalnız güclü Ukrayna ordusudur", - deyə V.Zelenski vurğulayıb.
Tehsil-press.az