Zelenskidən qələbə açıqlaması

Zelenskidən qələbə açıqlaması Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsində qələbəsinə münasibət bildirib.
Zelenski sosial şəbəkədəki paylaşımında ukraynalıların cəsarətinin dünyanı heyran etdiyini qeyd edib.
“Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir! Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir. Və inanıram - sonuncu deyil.
Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək. Azad, dinc, yenidən qurulmuş!
“Kaluş” qrupunu qalib edən və bizə səs verən hər kəsə təşəkkür edirik!
Əminəm ki, düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil”, - deyə vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər