Liz Trass rəfiqəsini özünə müavin təyin etdi - Yeni hökumət

Liz Trass rəfiqəsini özünə müavin təyin etdi - Yeni hökumət Böyük Britaniya hökumətinin yeni tərkibi elan olunub.
Əmək naziri, eyni zamanda yeni Baş nazirin rəfiqəsi olan Tereza Koffi Liz Trass kabinetində Baş nazirin müavini və Səhiyyə Nazirliyinin rəhbəri təyin edilib, energetika naziri Kvazi Kvartenq isə Britaniya Xəzinədarlığının yeni rəhbəri olacaq. 
Kvartenq ölkə tarixində ilk qaradərili maliyyə naziri olacaq. 
Britaniya Xarici İşlər Nazirliyinə xarici işlər nazirinin keçmiş müavini Ceyms Kleverli, Daxili İşlər Nazirliyinə isə İngiltərə və Uelsin baş prokuroru Suella Braverman rəhbərlik edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər