Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Babək, Şərur və Culfa rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya ödənişləri, təsərrüfatların inkişafına dəstək göstərilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı nazir müavini dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbuldan sonra nazir müavini İlhamə Qədimova Kəngərli rayonunun Böyükdüz massivində və Babək rayonunun Pircücar düzündə aqropark yaradılması üçün nəzərdə tutulmuş ərazilərə baxış keçirib, işin gedişi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Nazir müavini həmçinin Babək və Culfa rayonlarının ərazisində yerləşən APF AGRO MMC-yə məxsus 76,49 hektar intensiv meyvə bağlarına və 226,86 hektar üzüm bağına baxış keçirib. Fermerlərlə keçirilən görüşlərdə əkin sahələrində və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, intensiv bağçılığın, suvarma sisteminin genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər