Zelenski Trass ilə danışan ilk xarici lider oldu

Zelenski Trass ilə danışan ilk xarici lider oldu Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniya hökumətinin yeni rəhbəri Liz Trassla danışan ilk xarici lider olub.
"Böyük Britaniyanın yeni seçilmiş baş naziri Liz Trassla danışan ilk xarici lider oldum. Onu Ukraynaya dəvət etdim", - deyə Ukrayna Prezidenti bildirib.
O, bu ölkənin xalqına Ukraynanın müdafiə və iqtisadi dəstəyində liderliyə görə minnətdarlığını bildirib, Britaniyanın yardımı daha da gücləndirməsinə hazır olduğunu qeyd edib.
Bundan əlavə, həmsöhbətlər təhlükəsizlik təminatlarına diqqət yetirib və Böyük Britaniyanın Ukraynanın bərpasında iştirakını müzakirə ediblər.
V.Zelenski əlavə edib ki, Ukrayna və Böyük Britaniya bütün formatlarda fəal əməkdaşlığı davam etdirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər