Ötən həftə azad edilən ərazilərdə 200-dən artıq mina aşkarlanıb

Ötən həftə azad edilən ərazilərdə 200-dən artıq mina aşkarlanıb ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.
Sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 58, tank əleyhinə 143 mina və 98 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 563 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Tehsil-press.az


Oxşar xəbərlər