ANAMA: 139 PHS və 5 mina zərərsizləşdirilib

ANAMA: 139 PHS və 5 mina zərərsizləşdirilib Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 22-də 5 partlayış yeri və 290 kv.m ərazi yoxlanılıb.
Agentlikdən verilən məlumata görə, Füzuli rayonu Horadiz qəsəbəsi və ətrafında 5 partlayış yerinə baxış keçirilib, 5 partlamış sursat aşkar edilib və 290 kv.m ərazi yoxlanılıb. Ümumilikdə, agentlik tərəfindən 7-22 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilib, 139 ədəd partlamamış hərbi sursat və 5 (beş) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq, zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

tehsil-press.az

Oxşar xəbərlər