Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Milli.Az bildirir ki, bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

ANAMA-nın məlumatına görə, Lənkəran şəhəri, Dəniz kənarında - 7 ədəd TM-62M və 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə 1 600 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 - 05 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu və Lənkəran şəhərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirib, 9 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 700 kv.m ərazi yoxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər