
Konfransın birinci günündə “E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi”, “Açıq elm: əməkdaşlıq və biliyin yayılması”, “Elm və təhsil üçün kibertəhlükəsizlik” və “Big Data və yüksək məhsuldarlıqlı kompüterlər” istiqamətləri üzrə seksiya iclasları keçirilib.
“Avropada açıq və ədalətli elm üçün təlim ekosisteminin yaradılması”, “Milli Rəqəmsallaşma İmpuls Proqramı”, “Təhsil üçün SURF e-kontenti”, “Milli tədqiqat və təhsil şəbəkələri milli səviyyədə öyrənmə texnologiyalarının qəbulunu necə sürətləndirə bilər?”, “ULAKBİM-də “open access”in tətbiqi tarixi”, “AzScienceNet: nailiyyətlər, çağırışlar və perspektivlər”, “GRENA-da kibertəhlükəsizlik”, “Mərkəzi və Şərqi Avropada kibertəhlükəsizlik laboratoriyası və təhsil təşəbbüsləri” və s. mövzularda məruzələr təqdim olunub.
Tehsil-press.az