DTX Hurriyyet TV-də əməliyyat keçirib.Eməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunur ki, Hurriyyet TV-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.
Bundan başqa, Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşən “Futbol+” qəzetinin redaksiyasında da əməliyyat keçirilib. Əməliyyat zamanı qəzetin baş redaktoru Mahir Rüstəmli saxlanılsa da, bir müddət sonra o, sərbəst buraxılıb.
Tehsil-press.az
















