Lukaşenko ölkədə “səfərbərlik” çağırışı etdi

Lukaşenko ölkədə “səfərbərlik” çağırışı etdi Qarğıdalı, kartof, çuğundur və taxıl yığımı üçün ölkədə hamı səfərbər olunmalıdır.
Bu sözləri Belarus lideri Aleksandr Lukaşenko deyib.
“Hardasa tətbiq edilən sanksiyalardan, hansısa səfərbərlikdən, müharibədən, daha nələrdən danışırlar. Bunları unudun. Siz öz rayonunuzu, öz insanlarınızı görməlisiniz. mızı görməliyik. Vaxtında əkin etməli, şumu aparmalı, yaz səpininə hazırlaşmalısan”, - Lukaşenko bildirib.
Prezident vurğulayıb ki, ölkənin bəzi təhsil müəssisələrində məktəblilərin bu cür işlərə cəlbi qadağan olunsa da, zərurət yaranarsa, tələbələr məhsul yığımına cəlb edilməlidir:
“Gündə 5-6 saat işləmək uşaq üçün yaxşı bədən tərbiyəsidir”.

Tehsil-press.az


Oxşar xəbərlər