UNEC VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirakına görə sertifikatla təltif edilib

UNEC VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirakına görə sertifikatla təltif edilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirakına görə sertifikatla təltif edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
UNEC-in uğurla təmsil olunduğu sərgidə universitetin tədris prosesində istifadə edilən dərslik və dərs vəsaitləri, alimlərin əsərləri, tərcümə nəşrləri və yeni elmi ədəbiyyatlar, eləcə də Dizayn Məktəbinin tələbələri tərəfindən yaşıl iqtisadiyyatı və mütaliə mədəniyyətini təşviq edən xüsusi instalyasiya ziyarətçilərin böyük marağına səbəb olub.
Kitabxana İnformasiya Mərkəzi və Dizayn Məktəbinin xüsusi dizayn və yeni tərtibatda hazırladığı stendin ziyarətçiləri arasında ölkənin dövlət rəsmiləri, tanınmış ictimaiyyət, elm, təhsil nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, şəhid ailəsi üzvləri, abituriyentlər, UNEC-in əməkdaşları və tələbələri olublar.
Sevindirici hallardan biri də odur ki, sərgi çərçivəsində müxtəlif təşkilatlarda çalışan mütəxəssislər və tələbələr kənar istifadəçilər kimi UNEC kitabxanalarından istifadəyə xüsusi maraq göstəriblər.

Tehsil-press.az



Oxşar xəbərlər