UNEC XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

UNEC XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində “Education 2018”-XII Azərbaycan beynəlxalq təhsil sərgisi keçirilir.
Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) öz stendi ilə təmsil olunur.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, oktyabrın 13-dək davam edəcək sərgidə ziyarətçilərə universitetin bakalavr, magistratura, doktorantura, eləcə də ikinci ali təhsil və MBA proqramı barədə məlumat veriləcək. Onlar universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə ziyarətçiləri tanış edəcəklər.
Qeyd edək ki, 2014-cü ildə keçirilən VIII Azərbaycan beynəlxalq təhsil sərgisində UNEC-in stendi “Ən yaxşı universitet təqdimatı” sertifikatına layiq görülüb.

UNEC-in Mətbuat Xidməti


UNEC XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Oxşar xəbərlər