Hindistanın Madhya-Pradeş ştatında sərnişin avtobusu ilə yük avtomobili toqquşub. İnsident cümə günü axşam Reva dairəsində baş verib. Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, 40-a yaxın insan yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.